Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı "Donetsk Xalq Respublikası"nın Ukrayna Silahlı Qüvvələrindən tam azad edilməsini istəyib.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı " The Washington Post" qəzeti iki yüksək vəzifəli mənbəyə istinadən yayıb.
“Rusiya Prezidenti Vladimir Putin müharibənin dayandırılması üçün şərt kimi Kiyevdən Donetsk üzərindəki nəzarətdən tam imtina etməyi tələb edib”, – nəşr qeyd edib.