Denmedia.az xəbər verir ki, Hindistanın NDTV telekanalının məlumatına görə, 74 yaşlı Mohan Lan özünə saxta dəfn mərasimi təşkil edib. O, yaxınlarının və kənd sakinlərinin onun ölümünə necə reaksiya verəcəyini öyrənmək istəyib.
Lan tabutda uzanıb, kənd sakinləri isə yas mərasimi üçün onu krematoriyaya qədər aparıblar. Səslənən matəm musiqisi, mərasim qaydaları və izdiham — hər şey real idi.
Lakin krematoriya qarşısında Mohan qəfil ayağa qalxıb. İnsanlar əvvəlcə şok və qorxu içində qışqırıblar, sonra isə gülüş və təəccüblə qarşılayıblar.
Sonra krematoriya işçiləri simvolik manekeni yandırıblar və Mohan Lan bütün kəndi süfrəyə dəvət edib.
Qeyd edək ki, o, kəndində tanınmış şəxsdir — yeni krematoriyanın tikintisini də öz hesabına həyata keçirib. Lan dul qalıb və iki oğlu, bir qızı ilə təkbaşına ailəsini böyüdür.