Geri qayıt Çap et

Ağ Evdən sərt bəyanat — Tramp Pekinə meydan oxudu

DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Çin artıq ticarət müharibəsindədir.

“Biz hazırda onun içindəyik,” — deyə Tramp qeyd edib, ÇXR sədri Si Cinpinlə razılıq əldə olunmasa, vəziyyətin daha da gərginləşə biləcəyini vurğulayıb.

Məlumata görə, Tramp və Si Cinpin bu ilin oktyabr sonu — noyabrın əvvəlində Cənubi Koreyada keçiriləcək APEC sammitində görüşəcəklər.