Geri qayıt Çap et

Qəzza sammiti: Tramp diplomatik missiya ilə Misirdə

DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təyyarəsi Qəzza müharibəsinə son qoymaq məqsədilə keçiriləcək sammit üçün Şarm əl-Şeyxə eniş edib.

Tədbirdə dünyanın aparıcı liderləri və əsas ölkələrin nümayəndələri iştirak edəcək. Görüşün məqsədi — regionda sülhün təmin olunması və münaqişənin diplomatik yolla həllidir.

Trampı hava limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi şəxsən qarşılayıb.

Qeyd olunur ki, Trampın İsraildən Misirə uçuşu zamanı onun təyyarəsini Misir qırıcıları müşayiət edib.