Geri qayıt Çap et

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlandı

DenMedia.az xəbər verir ki, 2025-ci il İqtisadiyyat üzrə Nobel mükafatı üç alimə verilib, lakin mükafat bərabər paylanmayıb.
Mükafatın yarısını ABŞ-ın İllinoys ştatındakı Evanston Universitetindən Joel Mokir, digər yarısını isə Filipp Aghion (Fransa Kolleci, INSEAD, London İqtisadiyyat Məktəbi) və Piter Howitt (ABŞ, Braun Universiteti, Rod-Aylend) bölüşüblər.
 İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, laureatlar “İnnovasiyaya əsaslanan iqtisadi artımın izahına görə”mükafata layiq görülüblər.
Tədqiqatlar göstərib ki, yeni texnologiyalar və ixtiralar uzunmüddətli iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir.
 Müqayisə üçün, 2024-cü ildə mükafatı amerikalı alimlər — Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson almışdılar. Onların işləri ölkələr arasında rifah fərqlərinin səbəblərini və ictimai institutların iqtisadi inkişafdakı rolunu araşdırırdı.
Yeni laureatların araşdırmaları göstərir ki, dayanıqlı iqtisadi artımın gələcəyi məhz innovasiyanın ritmindən asılıdır.