Geri qayıt Çap et

Krımda partlayış: Ukrayna dronu neft obyektini vurdu

Ukrayna pilotsuz uçuş aparatı (PUA) bu gecə Feodosiya şəhərindəki neft bazasına zərbə endirib, DenMedia.az xəbər verir .

Nəticədə obyekt ərazisində genişmiqyaslı yanğın baş verib, alovun bir neçə kilometr məsafədən görün­düyü bildirilib.

 Yerli “rəsmi qurumlar” zərbəni təsdiqləyərək, hadisə nəticəsində heç kimin xəsarət almadığını, həmçinin hava hücumundan müdafiə qüvvələrinin 20-dən çox ukraynalı PUA-nı vurduğunu açıqlayıb.