Geri qayıt Çap et

Peruda prezidentə qarşı yekdil impiçment: ölkə təhlükəsizlik böhranında

Peru Konqresi ölkə prezidenti Dina Boluarteni vəzifəsindən uzaqlaşdırmaq üçün səs verib.

DenMedia.az xəbər verir ki, qərar parlamentin X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.

“Respublika Konqresi prezident Dina Boluarte Seqarra­nın istefasını təsdiqlədi. Bununla əlaqədar olaraq, hakimiyyətin ötürülməsi üzrə konstitusion prosedur həyata keçiriləcək,” – bəyanatda qeyd olunur.

Səsvermədən dərhal sonra Konqresin sədri Xorxe Xeri yeni prezident kimi and içib və Konstitusiyaya əsasən dövlət başçısı səlahiyyətlərini icra etməyə başlayıb.

İmpiçmentin səbəbləri və keçid hökumətinin növbəti addımları hələ ki rəsmi şəkildə açıqlanmayıb.