Geri qayıt Çap et

ABŞ xüsusi təyinatlıları Rusiyayla mümkün toqquşmaya hazırlaşır

ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri Rusiyayla mümkün qarşıdurmaya hazırlıq aparır.

DenMedia.az xəbər verir ki, bu barədə The National Interest jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yay aylarında ABŞ-ın “yaşıl baret” adlanan xüsusi təyinatlıları Avropa ölkələrinin xüsusi bölmələri ilə birgə təlimlər keçirib, burada Rusiya ilə mümkün toqquşma ssenariləri üzərində işlənib.

İki ayrı təlimdən biri ABŞ-da, digəri isə Avropada baş tutub.
Bu müddətdə amerikalı hərbçilər Polşa və Böyük Britaniyanın xüsusi əməliyyat qüvvələri ilə birlikdə fəaliyyət göstəriblər.

Birgə manevrlərin məqsədi – Moskvanın potensial təhdidlərinə qarşı operativ hazırlığı artırmaq və ABŞ-ın Avropadakı müttəfiqləri ilə hərbi əməkdaşlığı gücləndirməkdir.