Geri qayıt Çap et

Ermənistanda “Dördüncü Respublika” dövrü başlayır — Paşinyan sülh çağırışı etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Dördüncü Respublikanın yaradıldığını elan edib.

DenMedia.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yayımladığı video-müraciətində bildirib.

Paşinyanın sözlərinə görə, yeni respublika sülh prinsipləri üzərində qurulacaq və xalq hakimiyyətinin real təcəssümü olacaq:

“Bir çoxları soruşur ki, Üçüncü və Dördüncü Respublika arasında fərq nədədir? Fərq budur: Üçüncü Respublika münaqişə məntiqi üzərində, Dördüncü Respublika isə sülh məntiqi üzərində qurulub,” — deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Dördüncü Respublika bütün ermənilərin arzular ölkəsi olmalıdır və burada hakimiyyətin xalqa məxsusluğu aydın və danılmaz şəkildə təmin ediləcək.