Geri qayıt Çap et

Makron “axsaq ördək” adlandırıldı — Fransa parlamentində "siyasi tıxac"!

Fransa prezidenti Emmanuel Makron artıq “axsaq ördək” sayılır — o, parlamentə öz siyasətini diktə edə bilmir.

DenMedia.az  xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti yazıb.

“Prezident Makron — siyasi manevr imkanlarını itirmiş axsaq ördəkdir. Fransa, Şarl de Qoll dövründən bəri görünməmiş bir demokratik böhranla üz-üzədir”, — məqalədə qeyd olunur.


Müəlliflərin fikrincə, Makronun qarşısında cəmi üç variant qalıb: yeni baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya könüllü şəkildə istefa vermək.

Xatırladaq ki, oktyabrın 6-da Yelisey sarayı Fransa baş naziri Sebastyen Lekornunun istefa verdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb. Beləliklə, Lekornunun hakimiyyəti Fransanın tarixində ən qısa müddətli baş nazirlik dövrü olub — o, hökumətə cəmi bir aydan az rəhbərlik edib.

Lekornu 9 sentyabrda baş nazir təyin edilmişdi — o zaman parlament əvvəlki baş nazir Fransua Bayrunun hökumətinə etimadsızlıq göstərmişdi, çünki təklif edilən iqtisadi islahatlar sosial xərclərin azaldılmasını nəzərdə tuturdu.