ABŞ Prezidenti Donald Tramp Qəzza sektorundakı müharibənin HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümünə və Nobel Sülh Mükafatı laureatının elan olunmasına təsadüf etməsini istəyib.
DenMedia.az xəbər verir ki, bu barədə Financial Times yazır.
“Mənbələr bildirir ki, Tramp açıq şəkildə bildirib ki, müharibənin 7 oktyabr 2023-cü il tarixində, HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümündə sona çatmasını istəyir. Eyni zamanda, Trampın almaq arzusunda olduğu Nobel Sülh Mükafatı da bu ay elan olunacaq”, — məqalədə deyilir.