Geri qayıt Çap et

Fransa baş naziri niyə istefa verdi?

Fransa baş naziri Sebastyan Lekornu istefa ərizəsini təqdim edib.

BFM telekanalının Yelisey sarayına istinadən verdiyi xəbərə görə, prezident Emmanuel Makron onun istefasını qəbul edib.

Lekornunun istefası, onun yeni hökumət tərkibini təqdim etməsindən dərhal sonra baş verib. Qeyd olunur ki, əvvəlki kabinetin bəzi nazirləri vəzifələrini qoruyub saxlayıblar.

DenMedia.az