Almaniya kansleri Fridrix Merz İsrailin “Avroviziya” musiqi yarışmasından uzaqlaşdırılması ehtimalına sərt reaksiya verib.
DenMedia.az xəbər verir ki, o, bu barədə ARD telekanalına açıqlama verib.
“Bu məsələnin müzakirə olunması belə skandaldır. İsrail — Avroviziyanın bir hissəsidir!” — deyə Merz bildirib.
Siyasətçi əlavə edib ki, əgər İsrail yarışmadan çıxarılarsa, Almaniya könüllü şəkildə “Avroviziya”ya qatılmaqdan imtina edə bilər.