Geri qayıt Çap et

Putindən Trampa açıq xəbərdarlıq: Kiyevə o silahı versən…

“Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketləri verilərsə, bu, Moskva  ilə Vaşinqton arasında formalaşmaqda olan müsbət tendensiyaları tamamilə məhv edəcək”.

DenMedia.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1″ telekanalının jurnalisti Pavel Zarubinlə müsahibəsində deyib.

“Artıq demişəm ki, bu cür addımlar münasibətlərimizin pozulmasına, ən azından formalaşmağa başlayan müsbət tendensiyaların dağılmasına səbəb olacaq,” – deyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Tomahawk” raketlərinin verilməsi imkanını nəzərdən keçirdiyi məlum olmuşdu. Lakin bu barədə hələlik yekun qərar qəbul edilməyib.

Putin həmçinin ehtimal edib ki, ABŞ rəsmiləri bu cür bəyanatlarla ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmağa çalışa bilər.(Globalinfo.az)