Geri qayıt Çap et

Trampın yumruq qaldırdığı şəkli dollar sikkəsinə düşə bilər

ABŞ Xəzinədarlığı prezident Donald Trampın təsviri ilə yeni kolleksiya məqsədli 1 dollarlıq sikkələrin buraxılmasını nəzərdən keçirir.
DenMedia.az xəbər verir ki, bu barədə Fox Business telekanalı məlumat yayıb.
Qeyd olunur ki, belə qərar ABŞ-ın 250 illiyi münasibətilə planlaşdırılır.
Məlumata görə, sikkənin üzərində Trampın yuxarı qaldırılmış yumruqla, ABŞ bayrağı fonunda təsviri ola bilər. Bu kadr 2024-cü ildə ona qarşı sui-qəsddən dərhal sonra çəkilmiş fotonu xatırladır.
Məsələ ilə bağlı açıqlama verən Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, “Trampın bu ideya xoşuna gələcək”.