Geri qayıt Çap et

Dünyada ilk dəfə: Maskın kapitalı yarım trilyon dolları keçdi

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask tarixdə ilk dəfə sərvəti $500 milyard olaraq qiymətləndirilən insan olub.

DenMedia.az xəbər verir ki,  Forbes jurnalının məlumatına görə, Moskva vaxtı ilə saat 23:15-ə olan hesablamada Maskın kapitalı $500,5 milyarda çatıb.

Nəşr bunu sahibkarın ABŞ hökumətində “səmərəliliyin artırılması idarəsi”nin rəhbərliyindən imtina edib, biznesinə fokuslanması ilə əlaqələndirir.