Geri qayıt Çap et

BMT rəsmisi: Bir neçə həftəyə Qəzzada hamı ac qalacaq

Əgər ərzaq yardımı artırılmasa, yaxın bir neçə həftə ərzində Qəzza sektorundakı bütün əhali aclıqla üz-üzə qalacaq.

DenMedia.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktorunun müavini Karl Skau CBC telekanalına danışıb.

Hazırkı vəziyyət:

  • Hazırda Qəzzaya gündə cəmi 100 ərzaq maşını daxil olur.

  • Minimum ehtiyac isə gündə 600–700 yük maşınıdır.

 Karl Skau:

“Əgər bu vəziyyət bir neçə həftə də davam etsə, aclıq artıq bütün əhalini bürüyəcək.”