ABŞ-ın keçmiş prezidenti Donald Tramp və YouTube arasında uzun sürən məhkəmə çəkişməsi 24,5 milyon dollarlıq razılaşma ilə yekunlaşıb.
DenMedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nə baş vermişdi?
2021-ci ilin yanvarında Trampın tərəfdarlarının Kapitoliyə hücumundan sonra, onun YouTube hesabı bloklanmışdı. Tramp bu qərarı məhkəməyə vermişdi.
Razılaşmanın şərtləri:
22 milyon dollar – White House Ball Room (Ağ Evdə keçiriləcək tədbirlər üçün yeni zal) layihəsinə ayrılacaq.
Qalan 2,5 milyon dollar – Amerika Konservativ İttifaqı və digər iddiaçılar arasında bölüşdürüləcək.
Tramp bu razılaşmanı "böyük qələbə" adlandırıb və bildirib ki,
“Texnoloji senzuranın nəticələri olur.”