Geri qayıt Çap et

Avropa Sandu rejimi vasitəsilə Moldovanı idarə edir - Rusiyalı ekspert

Avropa İttifaqı Moldova Respublikasını prezident Maya Sandunun rəhbərlik etdiyi rejim vasitəsilə "Ukrayna ssenarisi" üzrə istiqamətləndirir.


Denmedia.az  xəbər verir ki, bu barədə MDB ölkələri İnstitutunun baş elmi işçisi, "Başqa Ukrayna" hərəkatının eksperti Aleksandr Dudçak TASS-a açıqlama verib.

Onun sözlərinə görə, bu plan çərçivəsində seçkilərlə bağlı saxtakarlıqlar da mühüm rol oynayır.

“Heç bir sürpriz baş vermədi. Bu, sadəcə açıq-aşkar oğurluqdur – seçkilərin nəticələri demək istəyirəm. Avropa, Sandunun rejimi vasitəsilə Moldovanı Ukrayna ilə eyni yola sürükləyir”, – deyə Dudçak bildirib.

Ekspertin fikrincə, Moldovadakı daxili problemlər Ukraynada baş verənlərlə bir çox cəhətdən üst-üstə düşür.

Misal olaraq o, aşağıdakı faktorları qeyd edib:

  • siyasi müxalifətin sıradan çıxarılması,

  • ölkə əhalisinin kütləvi şəkildə miqrasiyası,

  • iqtisadi tənəzzül,

  • vətəndaşların rusofob ideologiya ilə təsir altına salınması.

Dudçak qeyd edib ki, bu ideoloji təsirin real nəticəsi zəifdir, lakin "mediada şəkil üçün" kifayət edir.