Geri qayıt Çap et

ABŞ-da silahlı insident: 3 polis öldü

ABŞ-ın Pensilvaniya ştatında silahlı insident yaşanıb.

Denmedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, York dairəsində baş verən atışma nəticəsində 3 polis əməkdaşı həlak olub, ikisi isə ağır yaralanıb.

Səlahiyyətlilər hücumçunun polis tərəfindən vurularaq zərərsizləşdirildiyini bildirib.

Qeyd edilib ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları hadisə yerində yerli hüquq-mühafizə orqanlarına dəstək verir.Publika.az