Geri qayıt Çap et

İranda dəhşətli partlayış: 6 nəfər ölüb

İranın cənub -qərbində yerləşən Əhvaz şəhərində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb.

Denmedia.azxəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

“Bu gün səhər saatlarında Əhvaz şəhərinin Pərdis rayonunda dördmənzilli yaşayış binasında qazın partlaması nəticəsində 6 nəfər həlak olub”, - deyə məlumatda bildirilir.

Dövlət televiziya və radio şirkətinin məlumatına görə, partlayış nəticəsində bina tamamilə dağılıb.