Geri qayıt Çap et

Ukrayna təşvişdə: Rusiya bunu etsə, geniş hücumlar başlayacaq

Rusiyada hücum dronlarının istehsalı xeyli ucuzlaşıb. Bu da ayda 6 mindən çox “Şahid” raketinin istehsalını artırmağa imkan verəcək.

Denmedia.az  bildirir ki, bu barədə CNN Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, istehsal həcmini artırmaqla yanaşı, Rusiyada PUA-lar müharibənin əvvəlində Tehrandan alındığından xeyli ucuzdur.

“2022-ci ildə Rusiya bir ədəd pilotsuz təyyarə üçün orta hesabla 200 min dollar ödəyib. 2025-ci ildə bu rəqəm təxminən 70 min dollara düşüb”, – mənbə bildirib.

Maya dəyərinin azalması Tatarıstandakı Alabuqa dron zavodunda “Şahid”lərin geniş miqyaslı istehsalı ilə bağlıdır.

“Nisbətən aşağı qiymət Kremlə pilotsuz təyyarələrlə gecə hücumlarını gücləndirməyə, eləcə də daha tez-tez genişmiqyaslı əməliyyatlar aparmağa imkan verəcək”, – telekanal vurğulayıb.(Globalinfo.az)