Geri qayıt Çap et

Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyalarının ödənilməsi planlaşdırılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafik üzrə ödəniləcək.

Denmedia.az