Geri qayıt Çap et

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmənin qərarı ilə Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 221.2-ci və 188.1-ci maddələri ilə ittiham irəli sürülüb.