Oktyabrın 30-da polis əməkdaşları tərəfindən Bakı şəhərində və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 tapança, 1 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 238 patron aşkar edilərək götürülüb.
“Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir”, – deyə DİN-in məlumatında qeyd olunub.