Geri qayıt Çap et

Ağdam, Füzuli və Xocavənddə kadr dəyişikliyi – İcraçı direktor işdən çıxarıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.

Denmedia.az “Unikal”a istinadən xəbər verir ki, onun işdən çıxarılması Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra baş verib.

Qeyd edək ki, Leysan Məmmədov bu vəzifəyə 2025-ci ilin yanvarında təyin olunmuşdu.

O, 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilsə də, bir müddət sonra vəzifəsindən azad olunub.

Leysan Məmmədov 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor vəzifələrində çalışıb.

O, həmçinin 2021-ci ildən 2022-ci ilin fevralınadək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində aparat rəhbəri olub.