Bakı bazarlarında meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma paytaxtla yanaşı, bölgələrdə də müşahidə olunur.
Bazarlarda mövsümi məhsullar bol olsa da, qiymətlər ötən illə müqayisədə xeyli yüksəkdir.
Satıcıların sözlərinə görə, meyvə-tərəvəzin hər kiloqramında 50 qəpikdən çox bahalaşma qeydə alınıb. Onlar qiymət artımının müxtəlif səbəblərlə bağlı olduğunu və bahalaşmanın davam edə biləcəyini bildirirlər.
Alıcılar isə ən çox meyvələrin qiymətinin artmasından şikayətlənirlər.
İstehsalçılar paytaxt bazarlarında məhsulların bölgələrlə müqayisədə daha baha satılmasını daşınma və digər əlavə xərclərlə izah edirlər.
Beləliklə, məhsulun alış qiymətinin yüksək olması və əlavə xərclər bazarlardakı satış qiymətlərinə də təsir göstərir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: