Geri qayıt Çap et

Hər kəs bu duyğulu andan danışır: Şəhidin adını daşıyan qardaşı oğlu ilə İcra başçısı -VİDEO

NÜMUNƏVİ ADDIM...
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Masazır qəsəbəsində Vətən müharibəsi şəhidi Mansur Əhmədovun ailəsini ziyarət edib.
Denmedia.az xəbər verir ki, ziyarət zamanı icra başçısının şəhidin adını daşıyan qardaşı oğlu ilə səmimi ünsiyyəti diqqət çəkib.
Abdin Fərzəliyev balaca Mansurla mehriban söhbət edib, onu qucaqlayaraq öpüb və xoş münasibət göstərib. Səmimi baxışlar və isti münasibət ziyarətin ən duyğulu anlarına çevrilib.
Şəhidin adının ailənin kiçik nümayəndəsində yaşadılması həm də Mansur Əhmədovun xatirəsinin daim əziz tutulmasının rəmzidir. Bu cür görüşlər şəhid ailələrinə göstərilən diqqət və qayğının, qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsidir.
Vətən uğrunda canından keçən şəhidlərimizin adı, xatirəsi və əzizləri hər zaman xalqımızın qəlbində yaşayacaq.