Geri qayıt Çap et

Oktyabr ayının sosial ödənişləri nə vaxt veriləcək?

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Denmedia.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının oktyabrın 20-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.

Müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə oktyabrın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.