Geri qayıt Çap et

Bərdənin raket atəşinə tutulmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından 6 il keçir.

Denmedia.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə, eləcə də mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb.

Hücum nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura isə ciddi ziyan dəyib.

Bərdə şəhəri Vətən müharibəsi zamanı 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə tutulub.

Bu hücumlar nəticəsində ümumilikdə 28 nəfər həyatını itirib, 108 nəfər yaralanıb.