Geri qayıt Çap et

İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat etdi

Tanınmış iqtisadçı-ekspert, Oxu.Az saytının əməkdaşı Pərviz Heydərov vəfat edib.

Denmedia.az xəbər verir ki, Pərviz Heydərov 54 yaşında pnevmoniyadan dünyasını dəyişib.

Qeyd olunur ki, P.Heydərov uzun illər Azərbaycanda gedən iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı şərhləri və analitik təhlilləri ilə tanınıb.

Pərviz Heydərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!