Geri qayıt Çap et

Əvəz Zeynallı dünyasını dəyişdi

Tanınmış azərbaycanlı jurnalist Əvəz Zeynallı vəfat edib. Onun vəfatı barədə yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Denmedia.az xəbər verir ki, Əvəz Zeynallı bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

O, onkoloji xəstəliklə bağlı müalicə alırdı.