Geri qayıt Çap et

Evə gələndə mənə hədiyyə alırdı,amma indi…: Qubada anım günü şəhid bacısının sözləri ürəkləri dağladı-VİDEO

27 Sentyabr anım günü münasibəti ilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun şəhidlər xiyabanında anım tədbiri keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakmiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi , YAP Quba Rayon Təşkilatının sədri , qazilər, şəhid ailəri , elədə rayon ictimayyəti iştirak edib.

27 Sentyabr anım günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi Quba da saat 12:00 da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nəqliyyat vasitələri və piyadaların hərəkəti müvəqqəti dayandırıldı.

27 Sentyabr anım günü ilə əlaqədar olaraq Quba Olimpia İdman Kompleksinin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirildi.

Nüşabə Baxşıyeva

Denmedia.az