Geri qayıt Çap et

Xankəndidə bayram ab-havası – Şəhər Gününə hazırlıq gedir

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə keçiriləcək tədbirə hazırlıq işləri davam edir.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 20-də Xankəndidə konsert proqramının keçirilməsi nəzərdə tutulur. Hazırda tədbirin yüksək səviyyədə təşkili üçün müvafiq hazırlıq işləri aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Prezidentin 19 sentyabr 2024-cü il tarixli digər sərəncamına əsasən, 20 sentyabr Azərbaycanda həm də Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Denmedia.az