Sumqayıtda təcili tibbi yardımın “103” nömrəsinə zənglərin qəbulunda müvəqqəti problem yaranıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, buna səbəb texniki nasazlıqdır.
Problem aradan qaldırılanadək Sumqayıt sakinlərinə təcili tibbi yardım çağırmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq tövsiyə olunur:
018 656 03 03
018 643 03 20
Mərkəzdən bildirilib ki, nasazlığın aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə iş aparılır.
