Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin növbəti qrupu Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Güneyxırman kəndinə yola salınıb.
Növbəti köç mərhələsində ümumilikdə 50 ailə – 220 nəfər doğma yurduna qayıdır.
Onlardan 33 ailə – 135 nəfər Xocavənd şəhərinə, 9 ailə – 44 nəfər Qırmızı Bazar qəsəbəsinə, 8 ailə – 41 nəfər isə Güneyxırman kəndinə köçürülür.
Doğma torpaqlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, uşaq düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.