Abşeron rayonunun müxtəlif ərazilərində yaşıllıqların artırılması və ağac fondunun yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Denmedia.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən parkda 749 ağac kəsilərək götürülüb.
Bildirilib ki, götürülən ağacların əvəzində 2 minə yaxın yeni ağacın əkilməsi nəzərdə tutulur.
Ağacların götürülməsi və yeni ağacların əkilməsi prosesi Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Qeyd olunub ki, bu cür tədbirlər rayonun müxtəlif ərazilərində davam etdiriləcək. Görülən işlərin əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin yaxşılaşdırılması və ərazilərin abadlaşdırılmasıdır.
Video əlavə ediləcək...