Geri qayıt Çap et

Bakıda yeni metro stansiyasının adı bəlli oldu – “20 Sentyabr”

Bakının Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni metro stansiyasına “20 Sentyabr” adı verilib.

Bununla bağlı müvafiq qərarı Azərbaycanın Baş naziri Əli Əsədov imzalayıb.

Sənədə əsasən, qərar 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi ilə əlaqədar və Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Denmedia.az