Geri qayıt Çap et

Dələduzluğa görə axtarılırdılar – 8 nəfər tutuldu

Azərbaycanda dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb.

Denmedia.az xəbər verir ki, polis əməkdaşlarının avqustun 29-da və 30-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib.