Geri qayıt Çap et

Dünya TV-də yeni təyinat-Efir direktoru bu şəxs oldu...

Qurban Vidadi oğlu İsmayılov Dünya TV-nin Efir Direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Denmedia.az-a Dünya TV-dən məlumat verilib.

Qurban İsmayılov televiziya rəhbərliyinin tərkibində Efir Direktoru kimi təqdim olunur.

Qeyd edək ki, “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti 15 oktyabr 1998-ci ildə təsis edilib, 1999-cu ildən fəaliyyətə başlayıb. Televiziya 2013-cü ildən rəqəmsal yayıma keçib, 2014-cü ildən isə “Azerspace-1” peyki vasitəsilə yayımlanır.