Geri qayıt Çap et

Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

Denmedia.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artisti avqustun 24-də daha ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə edilib.

Hazırda Şükufə Yusupovanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

TƏBİB-in məlumatına görə, Xalq artistinin vəziyyəti stabil qiymətləndirilir.