Geri qayıt Çap et

Bakının mərkəzindəki meydana Taras Şevçenkonun adı verildi

Bakının mərkəzindəki meydana ukraynalı şair və yazıçı Taras Şevçenkonun adı verilib.

Meydan paytaxtın Nəsimi rayonunda — Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yerləşir.

Məhz bu ərazidə Taras Şevçenkonun abidəsi yerləşir.

Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın o vaxtkı prezidenti Viktor Yuşşenko iştirak ediblər.

Hündürlüyü 3,5 metr olan abidə bürüncdən hazırlanıb. Abidənin müəllifi ukraynalı heykəltəraş İqor Qreçanikdir.

DenMedia.az