Geri qayıt Çap et

Rusiya buğdası Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

Rusiya avqustun 6-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda partiyası göndərəcək.

Yükün tərkibinə Rusiya buğdası daşıyan 14 vaqon daxildir. Qatarın “Azərbaycan Dəmir Yolları” QSC-nin Balacarı stansiyasından saat 11:00-da yola salınması planlaşdırılır.

Xatırladaq ki, iyulun 3-də də Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 14 vaqondan ibarət, ümumi çəkisi 976 ton olan buğda partiyası göndərilmişdi.

Denmedia.az