Geri qayıt Çap et

Azərbaycanda 11 mindən çox şəxsə dəfn müavinəti verildi

2026-cı il mayın 1-dən etibarən 11 030 vətəndaşa dəfn üçün birdəfəlik müavinət təyin edilib.

Dövlət Sosial Müdafiə Fondu Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin tarixdən müavinətin təyin edilməsi proaktiv qaydada həyata keçirilir.

Hazırda dəfn üçün birdəfəlik müavinətin rəsmiləşdirilməsi prosesi tamamilə elektron formada aparılır.

Denmedia.az