Geri qayıt Çap et

Qızını boğaraq öldürən məhkum həbsxanada öldü

Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində 67 yaşlı məhkum dünyasını dəyişib.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, həbsxanada cəza çəkən Məhərrəm İmanquliyev vəfat edib.

Məlumata əsasən, o, 2020-ci ildə Qubanın Barlı kəndində 1991-ci il təvəllüdlü qızını boğaraq öldürmüşdü.

Məhkəmənin qərarı ilə Məhərrəm İmanquliyev 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhkumun ölüm səbəbi barədə əlavə məlumat verilməyib.