Geri qayıt Çap et

Birinci Qarabağ müharibəsi veteranı Şəhrəddin Balacanov vəfat etdi

Ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsinin veteranı və Gəncə şəhər Hərbi Hospitalının keçmiş rəisi Şəhrəddin Balacanov vəfat edib.

Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib və Qazax rayonunda dəfn olunub.

Şəhrəddin Balacanov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət edib. O, müxtəlif illərdə Gəncədəki hərbi hospitalın rəisi vəzifəsində çalışıb.

Vətən müharibəsinin başlamasından az əvvəl səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.