Geri qayıt Çap et

12 500 tingdə təhlükəli virus: Türkiyədən gətirilən bütün partiya məhv edildi - FOTO

Türkiyədən Azərbaycana idxal olunan nektarin tinglərində karantin virusu aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, “Aqro-Mədrəsə” ASC-nin idxal etdiyi 12 500 ədəd nektarin tingindən laborator müayinə üçün nümunələr götürülüb.

Aparılan analizlər nəticəsində tinglərdə gavalı şarkası virusu — “Plum pox virus” müəyyən edilib.

Aşkarlanmış pozuntu ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. İdxalçının müraciəti əsasında bütün ting partiyası AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

Denmedia.az