Azərbaycanda cari ilin ilk yarısında yüzlərlə kişi uşağının dünyaya gəlməsi ilə əlaqədar ödənişli məzuniyyətdən istifadə edib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Reportun sorğusuna cavab olaraq bildirilib ki, 331 işəgötürən 815 kişiyə ödənişli atalıq məzuniyyəti verib.
Məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edib.
İşçilərə uşağın doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsi barədə əmrlər işəgötürənlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” (ƏMAS) altsistemində rəsmiləşdirilib.