Geri qayıt Çap et

Azərbaycanda orta aylıq əməkhaqqı 1 175 manata çatdı

Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarının yekunlarına əsasən, əməkhaqqında artım 6,5 faiz təşkil edirdi.

DenMedia.az