Geri qayıt Çap et

Şahin Hüseynov TƏBİB-də departament rəhbəri təyin edildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

DenMedia.az"Qaynarinfo"ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

Bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.